
ASCO ötən il təhvil verdiyi tullantıların həcmini açıqlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci ildə həm gəmiləri, həm də sahil obyektləri üzrə təhvil verdiyi tullantıların həcmini bildirib. Şirkətin məlumatına görə, təkcə təkrar emal üçün nəzərdə tutulan materialların həcmi onlarla ton olub. 2025-ci ildə ASCO gəmilərindən və sahil obyektlərindən 0,78 ton kağız, 0,58 ton plastmas və 20,3 ton metal təkrar emal məntəqələrinə göndərilib. Bu tədbirlər tullantıların ətraf mühitə zərər vermədən ərazilərdən kənarlaşdırılması məqsədi daşıyır, bu işlər sertifikasiyalı qurumlara həvalə edilir.
İl ərzində ASCO gəmilərindən müxtəlif növ tullantılar çıxarılaraq mütəxəssislərə təhvil verilib. Bu tullantılar arasında həm quru, həm də maye məhsullar olub. Məlumatlara əsasən, gəmilərdən 125,8 kubmetr plastmas, 582,2 kubmetr qida qalığı və 613,5 kubmetr məişət tullantısı toplanıb. Gəmiçilik fəaliyyətində yaranan neft tullantıları da idarə edilib. Gəmilərdən 198,2 kubmetr neft qalığı-şlam, 47,9 kubmetr istismar tullantısı və 3723,2 kubmetr döşəməaltı lyal su ayrılıb. Təhvil verilən ən böyük həcm isə 96752,5 kubmetr məişət təsərrüfat çirkab suyu olub.
Ötən il ASCO-nun sahil obyektlərində yaranan tullantıların həcmi də xeyli çox idi. Sahil obyektləri 19,5 ton yanmış qəlib qumu və 1878,4 ton abraziv material kimi sənaye tullantılarını təhvil verib. Maye tullantılar arasında 1550,9 ton neftli döşəməaltı-lyal su, 203 ton sürtgü yağı və 143,3 kubmetr yağlı və neftli tullantı yer alıb. Əlavə olaraq, 5075,7 kubmetr məişət tullantısı, 647,2 kubmetr qida qalığı və 220,8 kubmetr polimer əsaslı plastmas tullantı da təhvil verilənlər siyahısındadır. Sahil obyektlərindən 76231 ton məişət çirkab suyu çıxarılıb. Bundan başqa, 111,3 kubmetr rezin tullantı, 204,6 kubmetr istismar tullantısı və 0,13 kubmetr tibbi tullantı da aidiyyəti orqanlara çatdırılıb.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Dənizçilər Poliklinikası”nın ləğv olunmasına başl...
Son Xeberler

ASCO gəmilərinin iştirakı ilə “Neptun” qurğusunun...
Azəri Xəbər

Səudiyyə Ərəbistanından ABŞ-yə 1 trilyon dollarlıq...
Bugun.az

Bu şəxslərin maaşları 15% artırıldı - ƏMR
Bugun.az

Azərbaycanda istilik və su enerjisi istehsalı göst...
Azəri Xəbər

M5 MacBook Pro adapter olmadan satılacaq
Texnologiya xəbərləri




