Azərbaycan Konstitusiyası islahatlarla sabitliyin, inkişafın təminatına çevrilib - RƏY

12.11.2025 12:57 11 baxış sayı 3 dəq. oxuma Report
Azərbaycan Konstitusiyası islahatlarla sabitliyin, inkişafın təminatına çevrilib - RƏY

Azərbaycan Konstitusiyası dövlətin sabitliyinin, suverenliyinin və vətəndaş həmrəyliyinin hüquqi cəhətdən təminatçısıdır. Milli Məclisin deputatı Pərvanə Vəliyeva belə deyib. Onun sözlərinə görə, Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra milli dövlət quruculuğunu hüquqi əsaslar üzərində formalaşdırmasının parlaq göstəricisidir.


Deputat vurğulayıb ki, Azərbaycan dövlətçilik tarixində bu əsas qanunun qəbul edilməsi və inkişaf etdirilməsi prosesi Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşıb. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya layihəsi ictimai müzakirələrə çıxarıldı, xalqın təklifləri nəzərə alındı və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi. Bu sənəd Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini yaratdı, müstəqilliyin dönməzliyini təsbit etdi və xalqın iradəsini ifadə edən ilk demokratik Konstitusiya kimi tarixə düşdü.


2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın müddəalarının təkmilləşdirilməsi və müasir dövrün çağırışlarına uyğunlaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilib. Konstitusiyaya bir neçə dəfə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasını, idarəetmənin səmərəliliyini və dövlətin demokratik dəyərlər üzərində inkişafını təmin etdi. Konstitusiyaya əlavə edilən müddəalar vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, sosial ədalətin və şəffaf idarəetmənin güclənməsinə xidmət etdi. Bütün bu dəyişikliklər dövlət idarəetməsinin müasir tələblərə uyğunlaşdırılmasına yönəldilmişdi.


P. Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin Konstitusiyaya verdiyi yeniliklər Azərbaycanın hüquqi-siyasi sisteminin modernləşməsinə, dövlətin idarəçilik strukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaratdı. Həyata keçirilən bu islahatlar nəticəsində Konstitusiya həm sabitliyin, həm də inkişafın təminatına çevrilib. Konstitusiya ölkənin siyasi, iqtisadi və sosial sisteminin əsaslarını, dövlət hakimiyyətinin təşkili prinsiplərini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını müəyyən edən ali hüquqi qüvvəyə malik əsas qanundur. O, hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında səlahiyyət bölgüsünü təsbit edir, dövlətin demokratik, hüquqi və dünyəvi xarakterini təsdiqləyir.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: