
Azərbaycanın apardığı ədalət məhkəməsində hərbi cinayətlər faktlarla öz təsdiqini tapır – ŞƏRH

İnsanlıq əleyhinə və müharibə cinayətlərində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi zamanı bütün faktlar öz təsdiqini tapıb. Siyasi şərhçi Elşad Həsənov bu məsələ haqqında danışıb. Ekspert xatırlatdı ki, Azərbaycan torpaqlarının 20 faizdən çoxu 30 ildən çox müddətdə Ermənistanın işğalında qaldı. Bu dövrdə Azərbaycan beynəlxalq tribunalalardan və BMT-nin Təhlükəsizlik Şurasından haqq-ədalətin bərpasını, torpaqlarımızın azad olunmasını istəyirdi.
Azərbaycanın diplomatik cəhdləri nəticəsində BMT Təhlükəsizlik Şurası məlum dörd qətnaməni qəbul etdi. Lakin erməni işğalçıları bir kəndi də işğaldan çıxarmadılar. Azərbaycan qətnamələrin icrasını tələb etsə də, BMT və dünyanın aparıcı ölkələri bu məsələyə ciddi yanaşmadılar. Bütün bunlardan sonra Azərbaycanda geniş ordu quruculuğu siyasəti aparıldı. Ölkə təlim-məşqlər keçirdi, ordu müasir texnikalarla silahlandırıldı və NATO standartlarına uyğunlaşdırıldı. Nəhayət, Azərbaycan heç kimin köməyi olmadan ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Biz insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət məhkəməsi qarşısına çıxarmağa nail olduq.
Tarixə baxsaq, görərik ki, müharibələrdə xalqa qarşı cinayət törədənlərin hamısını cəzalandırmaq həmişə mümkün olmayıb. Məsələn, İkinci Dünya müharibəsindən sonra yəhudi soyqırımını törədənlərin çoxu fərqli ölkələrə qaçdılar. İsrailin kəşfiyyat orqanı "Mossad" onları dünyanın dörd bir yanından taparaq cinayət məsuliyyətinə cəlb etməyi bacardı, yaxud da yerindəcə zərərsizləşdirdi. Lakin yenə də onların hamısını cəzalandırmaq mümkün olmadı. Buna baxmayaraq, biz Qarabağda törədilən cinayətlərdə əli olanların böyük əksəriyyətini hakim qarşısına çıxarmağa müvəffəq olduq.
Siyasi şərhçi qeyd edib ki, açıq keçən məhkəmə iclaslarında onlara qarşı olan bütün faktlar və dəlillər şahid ifadələri ilə təsdiqini tapıb. Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində törətdiyi cinayətlər aşkar edilib. Ədalət məhkəməsində olan ermənilər öz ifadələrində bu məlumatları təsdiqləyirlər. Şahidlərin ifadələri tutuşdurulub, mühakimə olunanların hərbi cinayətlər törətdikləri faktlarla təsdiqlənib. Bütün bunlar Azərbaycanın haqlı olduğunu və erməni şovinistlərinin işğalçılıq siyasətinin bariz nümunəsi olduğunu göstərir. Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra bu ölkədə qaçıb gizlənən və azərbaycanlıların qanına batan hərbi cinayətkarları Azərbaycana təhvil verəcəklər. Hazırda Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin də daxil olduğu təqsirləndirilən şəxslərə hökm oxunur.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu il bəzi cinayətlər azalıb - Hərbi prokuror
Bugun.az

Əhmədin Məhkəməsi Bitdi: Məcburi Müalicə
Bugun.az

Məhkəmənin 15 Ermənistan vətəndaşı ilə bağlı hökmü...
Azəri Xəbər

Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edild...
Azəri Xəbər

Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin el...
Azəri Xəbər

Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin tör...
Azəri Xəbər




