BƏƏ-nin səfiri: Azərbaycanda olduğu kimi, Türkiyədə də COP-un uğurla keçiriləcəyinə inanırıq

01.12.2025 12:27 7 baxış sayı 3 dəq. oxuma Report
BƏƏ-nin səfiri: Azərbaycanda olduğu kimi, Türkiyədə də COP-un uğurla keçiriləcəyinə inanırıq

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Türkiyədəki səfiri Səid Tani Hareb Əl-Dhaheri bir İslam dövləti olaraq həm Azərbaycanda, həm də Türkiyədə COP-un uğurla keçiriləcəyinə tam inandıqlarını bildirib. Diplomat bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlayıb.


Səfir vurğulayıb ki, diplomatiya sadəcə siyasətdən ibarət deyil. Onun sözlərinə görə, bura iqtisadiyyat, mədəniyyət, tolerantlıq və "yumşaq güc" də daxildir. Ən əsası isə günümüzdə daha aktual olan ekologiya və iqlim dəyişiklikləri bütün dünyanın marağında olan qlobal məsələyə çevrilib. O qeyd edib ki, onlar Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını, yəni COP 29-u uğurlu şəkildə icra etməsini qürurla izləyiblər. Buna görə də, o, əminliklə deyə bilər ki, Türkiyə də COP 31-ə ev sahibliyi etməyə hazırdır.


Səid Tani Hareb Əl-Dhaheri qeyd edib ki, Türkiyə bu mühüm hadisəyə ciddi şəkildə hazırlaşır. O, bir neçə gün əvvəl İstanbulda keçirilən yüksək səviyyəli kənd təsərrüfatı nazirləri panelinə qatılıb. Tədbir "Qida və su israfının qarşısının alınması - gələcəyi qəbul etmək" mövzusunda idi. Panel Sıfır Tullantı Hərəkatının qurucusu və Sıfır Tullantı Fondunun fəxri prezidenti Əminə Ərdoğanın iştirakı və çıxışı ilə baş tutmuşdu. Tədbirdə COP 31 ilə bağlı məsələlər və Əminə Ərdoğanın liderliyi altında həyata keçiriləcək güclü layihələr xüsusi vurğulanıb.


Diplomat BƏƏ-nin də iqlim məsələlərinə çox böyük əhəmiyyət verdiyini təsdiqləyib. O bildirib ki, BƏƏ-nin bu mənada çox gözəl təşəbbüsləri var. Səfir düşünür ki, bu istiqamətdə gələcəkdə də uğurlu layihələr olacaq. Əl-Dhaheri həm Azərbaycanın, həm də Türkiyənin beynəlxalq iqlim konfranslarına ev sahibliyi etməsinin region üçün əhəmiyyətini yüksək qiymətləndirib.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: