
Çinin kosmik gəmisi Yerə pilotsuz qayıdacaq
Çinin Tianqonq Kosmik Stansiyasında kosmik tullantılar səbəbindən zədələnən Şincou-20 ekipaj gəmisi Yerə insansız şəkildə qaytarılacaq. Gəminin şüşəsində yaranan çat onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaratdığına görə belə bir qərar verilib. Bu zədəli gəminin missiyası başa çatdığı üçün onu heyət olmadan geri göndərməyi planlaşdırırlar.
Zədə ilə əlaqədar olaraq gəminin əvvəlcədən təyin edilmiş geri dönüş missiyası təxirə salınmışdı. Taykonotlar ilkin planda 5 noyabrda Yerə qayıtmalı idilər. Ancaq yaranan problem nəticəsində missiya ertələnib. Gəminin heyəti, yəni taykonotlar, gecikmədən sonra, 14 noyabrda Şençou-21 gəmisi ilə Yerə geri dönüblər.
Hazırda stansiyada fəaliyyətini davam etdirən digər heyətin geri gətirilməsi üçün yeni nəqliyyat vasitəsi yollanıb. Yeni missiyanı yerinə yetirən Şinçou-21 heyətinin geri gətirilməsi üçün stansiyaya Şinçou-22 gəmisi göndərilib. Tianqonq Kosmik Stansiyasında normal fəaliyyət altı aylıq növbəli missiyalarla aparılır; stansiyada adətən 3 nəfərlik heyət çalışır.
Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Çinin "Shenzhou-20" Gəmisi Kosmik Zədələnmə Səbəbi...
Son Xeberler

Çin sabah orbital stansiyaya pilotlu kosmik gəmi y...
Azəri Xəbər

"SpaceX"in kosmik gəmisi uğurla Yerə qayıtdı
Bugun.az

Çin "Şenjou-22" Pilotsuz Kosmik Aparatını Uğurla F...
Son Xeberler
Çinin "Shenzhou-20" heyəti 5 noyabrda Yerə qayıdır...
Son Xeberler

"Şencou-21" Missiyası: Kosmonavtlar Buraxılışdan Ə...
Son Xeberler



