Əhmədlidə baş verən sürüşmə zamanı xəsarət alan olmayıb

12.11.2025 08:16 3 baxış sayı 2 dəq. oxuma Report
Əhmədlidə baş verən sürüşmə zamanı xəsarət alan olmayıb

Əhmədli qəsəbəsində qeydə alınan sürüşmə hadisəsi zamanı heç bir xəsarət yoxdur. Bunu jurnalistlərə açıqlamasında Xətai rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov deyib. O bildirib ki, Bakının Xətai rayonunda abadlıq və yaşıllaşma işləri davam edir. Bu hadisənin səbəbi texniki nasazlıqla əlaqəli olub.


Pənah İmanovun sözlərinə görə, həmin ərazidə ağaclar əkilib. Onlara qulluq göstərmək üçün çoxlu su xətləri çəkilib. Hazırda bu su xətlərinin birində sızma baş verib. Sızma nəticəsində su bir hissəyə yayılıb və bu da sürüşməyə səbəb olub. Ərazidə hadisə baş verən kimi həmin xətt dərhal müəyyən edilib, təmir olunub və bərpa edilib. Hazırda təmizlik işləri ərazidə aparılır.


Hadisə barədə digər aidiyyəti qurumlara da məlumat verilib. İcra hakimiyyətinin nümayəndəsi qeyd edib ki, bu ərazi ümumilikdə sürüşmə zonası deyil. O vurğulayıb ki, sürüşmə məhz sırf texniki problem nəticəsində baş verib.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: