Endryu Robertson mövsüm sonunda “Liverpul”u tərk edəcək

12.11.2025 02:55 11 baxış sayı 1 dəq. oxuma Trend
Endryu Robertson mövsüm sonunda “Liverpul”u tərk edəcək

Endryu Robertson mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatdığı üçün Premyer Liqa nəhəngini tərk edəcək. Şotlandiyalı sol cinah müdafiəçisi ölkəsinə qayıtmağı planlaşdırır. Onun “Seltik” klubuna transferinin yayda reallaşacağı gözlənilir.


Məlumatda deyilir ki, futbolçu artıq “ağ-yaşıllar” adlandırılan klubla ilkin danışıqlar aparıb. Onun Şotlandiyaya qayıtması uzun müddətdir gözlənilirdi.


Robertsonun “Liverpul” karyerasına gəlincə, Mersisayd klubu onu 2017-ci ilin yayında “Hall Siti”dən transfer etmişdi. Şotlandiya millisinin üzvü bu mövsüm indiyədək klubun heyətində 12 rəsmi oyunda iştirak edib.


O, keçirdiyi görüşlərdə 1 qol vurub və komanda yoldaşına 1 məhsuldar ötürmə edərək statistik göstəricilərə imza atıb.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: