
Ermənilərin məhkəməsi uzun illər işğal və soyqırımı yaşamış xalqın ədalət gözləntisinin reallaşmasıdır - RƏY

Erməni cinayətkarlarının məhkəmə prosesi uzun illər işğal, etnik təmizləmə, soyqırımı və genişmiqyaslı dağıntılarla üzləşmiş bir xalqın tarixi ədalət gözləntisinin həyata keçməsi deməkdir. Siyasi şərhçi Ülviyyə Zülfiqar bu fikri "Report"a açıqlamasında dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycan dövləti həm ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi, həm də müharibə cinayətlərində ittiham olunan şəxsləri məhkəmə qarşısına çıxarmaqla vətəndaşları qarşısındakı məsuliyyətini göstərdi. Prezident İlham Əliyevin uzun illər boyu səsləndirdiyi prinsipial mövqe bu gün real hüquqi nəticə ilə təsdiq olunur. Dövlət başçısı hələ müharibədən əvvəl Xocalı soyqırımı və digər ağır cinayətləri törədənlərin gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəyini, günahsız qurbanların qanının yerdə qalmayacağını qətiyyətlə bildirmişdi. Hazırkı məhkəmə prosesi həmin siyasi iradənin və verilən sözün əməli təsdiqi rolunu oynayır.
Məhkəmədə səsləndirilən faktlar, təqdim edilən sübutlar və təqsirləndirilən şəxslərin öz ifadələri Ermənistan tərəfindən illərlə inkar edilən həqiqətləri yenidən ortaya çıxardı. Təqdim olunan sənədlər və açıq keçirilən prosesdə nümayiş etdirilən kadrlar aydın şəkildə göstərdi ki, Qarabağda fəaliyyət göstərən qondarma rejimin silahlı qüvvələri birbaşa Ermənistan ordusunun tərkib hissəsi kimi işləyib. Yüksək vəzifələrə təyinatların İrəvanda təsdiqlənməsi və təminat məsələlərinin Ermənistan ordusu çərçivəsində təşkil edilməsi bu bağlılığı faktlarla sübut etdi. Təqsirləndirilən şəxslərin hərbi xidmət keçməsi və işğal əməliyyatlarında iştirakına dair konkret faktların təqdim olunması münaqişə dövründə Ermənistanın işğal siyasətinin dövlət səviyyəsində idarə olunduğunu təsdiqləyir.
Bu məhkəmə eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin ədalətli həlli modeli üçün mühüm bir nümunə yaradır. Dünyada bir çox münaqişələr başa çatsa da, mülki insanların qətliamında, şəhərlərin dağıdılmasında əli olan şəxslər çox vaxt məsuliyyətdən kənarda qalır. Bu, münaqişələrin natamam həlli deməkdir. Azərbaycan isə göstərdi ki, müharibədən sonrakı mərhələdə hüquqi ədalətin təmin edilməsi sülhün daha möhkəm təməllər üzərində dayanmasına xidmət edir. Prosesin əsas tərəflərindən biri də işğal zamanı törədilən cinayətlərin - soyqırımı, urbisid, ekosid və dağıntıların dəqiq faktlarla təqdim olunmasıdır. Zərərçəkmişlərin ifadələri və sənədlər Ermənistanın işğalçı silahlı qüvvələrinin bu cinayətlərdə açıq məsuliyyət daşıdığını nümayiş etdirdi. Bakıda keçirilən bu məhkəmə ədalətin təntənəsinin müasir tarixdəki önəmli bir nümunəsidir.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Əhmədin Məhkəməsi Bitdi: Məcburi Müalicə
Bugun.az

Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət...
Bugun.az

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) İsraildən Qəzzad...
Son Xeberler

Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yay...
Son Xeberler

28 il öncə baş verən QƏTLİAMIN DETALLARI
Son Xeberler

İlham Əliyevdən yeni təyinatlar - SƏRƏNCAM
Bugun.az




