
Gürcüstan-ABŞ strateji tərəfdaşlığının bərpası müzakirə olunub

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ dövlət katibinin müavini Brendan Hanrahanla görüş keçirib. Bu görüşdə tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.
Gürcüstan bu danışıqlar zamanı ABŞ ilə münasibətləri yenidən başlamağa hazır olduğunu bir daha ifadə etdi. Rəsmi Tbilisi 2024-cü ilin sonundan etibarən gərginləşən strateji tərəfdaşlığın bərpası məsələsini xüsusi vurğulayıb. Məlumatda qeyd olunur ki, ABŞ Dövlət Departamentində keçirilən görüşdə Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliaşvili və dövlət katibinin köməkçisinin müavini Sonata Kolter də iştirak ediblər.
Danışıqlar zamanı tərəflər, həmçinin regionda davam edən prosesləri və Gürcüstanla əməkdaşlıq perspektivlərini dəyərləndiriblər. ABŞ tərəfi görüşdə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyini təsdiqləyib. Bu görüş münasibətlərin yaxşılaşdırılması üçün atılan addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Gürcüstan-ABŞ münasibətlərində gərginlik 2024-cü ilin sonundan hökm sürür. Həmin il noyabrın 30-da Vaşinqton 2009-cu ildə əsası qoyulmuş strateji tərəfdaşlığı Tbilisi ilə dayandırmışdı. Gürcüstan hökuməti bu əlaqələri "təmiz səhifədən" bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr ü...
Azəri Xəbər

Azərbaycan və Gürcüstan birgə kollecin yaradılması...
Azəri Xəbər

Bayramov pakistanlı həmkarı ilə danışdı
Bugun.az

Azərbaycanın quru sərhədi bu istiqamətdə açıla bil...
Bugun.az

Gürcüstan XİN: ABŞ ilə strateji tərəfdaşlığı dərin...
Azəri Xəbər

Bilal Ərdoğan Tiflisdə: Baş Nazir və Prezidentlə İ...
Son Xeberler




