
Hərbi qulluqçular əyani təhsil dövründə sərəncamda saxlanılacaqlar

Hərbi qulluqçular əyani təhsil almaları ilə əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) təhsil müddəti ərzində sərəncamda olacaqlar.
APA xəbər verir ki, bu müddəa Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi məqsədilə hazırlanıb.
Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müvafiq olaraq 156-cı və 41-ci maddələrinə “Qeyd” hissəsi əlavə edilmişdir. Həmin “Qeyd” hissəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsil alma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda, öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilmir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün təhsil müəssisələrində hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə daha səmərəli töhfə verməsinin və təcrübələrini gənc zabitlərlə bölüşməsinin təmin edilməsinə şərait yaratmaq, həmçinin ölkəmizin müdafiəsində zabitlərin uzunmüddətli xidmətini təmin etməklə peşəkar kadr potensialını möhkəmləndirmək məqsədilə zabitlərin həqiqi hərbi xidmət dövründə əyani bakalavriat (əsas (baza ali tibb) təhsili) müddətinin də öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməməsi təklif edilir.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin qüvvədə olan 150-ci maddəsinə əsasən, hərbi qulluqçular rəsmiləşdirilmiş icazə əsasında ali mülki və orta ixtisas təhsili müəssisələrində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan ixtisaslar üzrə təhsil ala bilərlər. Lakin təcrübədə bəzi hallarda hərbi qulluqçuların ali mülki və orta ixtisas təhsil müəssisələrində təhsil alması ilə yanaşı eyni vaxtda öz hərbi xidmət vəzifələrini yerinə yetirməsi qeyri-mümkün olur. Bu vəziyyətin qarşısını almaq məqsədilə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçuların sərəncamda olma müddətlərinə yeni bir müddətin əlavə edilməsi təklif olunur. Bu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə uyğun olaraq, əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) hərbi qulluqçunun təhsil müddəti ərzində sərəncamda olmasını nəzərdə tutur.
Oxşar xəbərlər

Hərbi xidməti başa vuranların nəzərinə
Bugun.az

Bu şəxslər hərbi xidmətə çağırılır?
Bugun.az

Bağçalar bu tarixdən fəaliyyətini BƏRPA EDİR -
Son Xeberler

Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıql...
Son Xeberler

Məktəblərdə əyani tədris yenidən dayandırılır? -
Son Xeberler

Bu gündən bağçaların fəaliyyəti bərpa olunur
Son Xeberler