
Tarixi filmlərin çəkilməsi üçün xüsusi pavilyonlar yaradılacaq
Mədəniyyət Nazirliyi tarixi filmlərin istehsalını prioritet sahə kimi müəyyən edib. Bu istiqamətdə kinostudiyada xüsusi pavilyonların yaradılması planlaşdırılır. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu barədə Milli Məclisin komitələrinin birgə iclasında məlumat verib.
Nazir müavini açıqlamasını Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. O bildirdi ki, bu məqsədlə artıq Türkiyənin təcrübəsi araşdırılıb.
F. Cəfərovun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Kino Agentliyinin rəhbərliyi tarixi filmlərin çəkildiyi bir sıra Türkiyə pavilyonlarını şəxsən ziyarət edib. Bu ziyarət pavilyonların yaradılması işində əyani şəkildə tanışlıq üçün mühüm addımdır.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Hökumət filmlərlə bağlı qərar verdi
Bugun.az

Elmi Tədqiqat Ən Qorxulu Filmləri Aşkarladı: Ürək...
Texnologiya xəbərləri

Guinness Sülaləsinin Hekayəsi: Yeni Tarixi Serial
Texnologiya xəbərləri

Deputat: “Tarif Şurası suyun qiymətini qaldırdı, s...
Son Xeberler
İqlim Dəyişikliyi Səbəbindən Van Gölünün Çəkilməsi...
Son Xeberler

İçərişəhərə Yeni Nəfəs: Avtomobil Hərəkəti Məhdudl...
Son Xeberler



