
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrinə Zəfər sovqatı təqdim edib (FOTO)

Zəfər Günü xalqımız üçün şərəf və qürur günüdür. Bu tarixi hadisə münasibətilə Yelo Bank, II Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə dəstək məqsədilə Xocavənd rayonunda xüsusi sosial aksiya keçirib. Bankın bu təşəbbüsü, qələbənin ildönümünü qeyd edərkən, şəhid ailələrinin hər zaman xalqımızın yaddaşında və qəlbində xüsusi yer tutduğunu bir daha vurğulayır. Bu addım cəmiyyətdə həmrəyliyi gücləndirir və Vətən uğrunda canından keçən qəhrəmanların xidmətlərinə verilən dəyəri göstərir.
Aksiya Qızıl Aypara Cəmiyyəti ilə birgə təşkil edildi. Tədbir çərçivəsində, bank nümayəndələri şəhid analarını ziyarət etdilər və onlara bayram payı təqdim etdilər. Bu dəstək təqdimatı Bankın sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsidir. Şəhidlərimizin ailələrinə dəstək göstərmək, onların yanında olmaq və bayram sevincini bölüşmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Bu gün doğma torpaqlarımızda bayramı qeyd edə bilmək, yalnız qəhrəmanlarımızın fədakarlığı sayəsində mümkün olub. Zəfərimizin 5-ci ilində Yelo Bank bütün xalqımızı ürəkdən təbrik edir. Bu bayram həm də xalqımızın birliyini və Vətənə olan bağlılığını simvolizə edir. Bank şəhid ailələrinə diqqət və qayğının davamlı olacağını bildirir.
İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az

“Unibank” şəhid ailələri ilə bağlı daha bir tədbir...
Bugun.az

Yelo Bank-da qadın əməkdaşların sağlamlığına həsr...
Azəri Xəbər

Zəfər Günü münasibətilə “PAŞA Holding” və “Bravo”...
Azəri Xəbər
Azərbaycandakı bankların depozit portfelinin məblə...
Azəri Xəbər

Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
Bugun.az



