Bugun.az
Bugun.az

10.10.2024 05:25

6 abunə

10

Arda Gülər "Real"dan Getmək İstəyir

Arda Gülər "Real"dan Getmək İstəyir

Bu mövsüm “Real Madrid”də gözlədiyi qədər forma şansı ala bilməyən Arda Gülər haqqında yeni iddialar ortaya atılıb.

Arda Gülər, baş məşqçi Karlo Ançelottinin ona az fürsət verməsindən məyus olub. “Sport 45”in xəbərinə görə, Arda 5 illik müqaviləsinə baxmayaraq, klubdan icarə əsasında və ya daimi olaraq ayrılmağı tələb edə bilər. Məlumata görə, italyan məşqçi bütün oyunçularından müdafiəyə töhfə verməyi gözləyir və Ardanın bu baxımdan bacarığının az olduğunu hesab edir. Arda matçlarda oynamadığı üçün buna davranışları ilə etiraz etmişdi.

Qeyd edək ki, bu mövsüm komandası ilə 10 matça çıxan Arda Gülər, 291 dəqiqə meydanda qalıb, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.