
Bakıda evlərin qiymətini onlar qaldırır

Bakıda və Bakıətrafı qəsəbələrdə daşınmaz əmlakın qiymətinin sürətlə artması ciddi sosial problemə çevrilib. Artıq təkcə sadə vətəndaşlar deyil, kifayət qədər qazancı olan tanınmış simalar da paytaxtın mərkəzindən ev ala bilmirlər. Tanınmış telejurnalist Rövşanə Ağasəfqızı qiymət artımı ilə bağlı narazılığını açıq şəkildə dilə gətirib. O bildirib ki, Bakıda satışa çıxarılan evlərin qiymətləri orta statistik azərbaycanlının büdcəsinə uyğun gəlmir.
Əmlak qiymətlərinin artması bir sıra səbəblərlə əlaqələndirilir. Bunlardan biri tikinti materiallarının bahalaşmasıdır. Digər bir səbəb isə ölkədə baş verən ümumi bahalaşma və inflyasiyadır. Ərzağın, eləcə də digər məhsulların qiyməti artdığı üçün, inşaat sektorunun tələblərinə cavab verən ucuz işçi qüvvəsi tapmaq çətinləşib. Lakin mütəxəssislərin araşdırmaları göstərir ki, bu bahalaşmada daşınmaz əmlak satışı ilə məşğul olan şəxslərin də birbaşa rolu var. Mütəxəssis Nahid Hacıyev qeyd edib ki, əmlak satıcıları və ya "maklerlər" qiymətləri süni şəkildə artırırlar.
Nahid Hacıyevin sözlərinə görə, bu şəxslər Bakının mərkəzində vətəndaşın satmaq üçün təklif etdiyi evin qiymətinin üzərinə bəzən 30-40 min manat pul əlavə edirlər. Bakıətrafı qəsəbələrdə isə bu məbləğ 10-15 min manat civarında olur. Mütəxəssis dəfələrlə şahidi olduğunu bildirib ki, vətəndaş Yeni Ramanada, Binədə və ya Hövsanda evini 70 min manata satmaq istəyəndə, "maklerlər" həmin əmlakı müştərilərə 80-85 min manata təklif ediblər. Bu vəziyyətdə ekspert ev almaq və ya satmaq istəyən şəxslərə əmlak satışı ilə məşğul olan adamların xidmətindən deyil, sosial şəbəkələrin imkanlarından və şəxsi əlaqələrdən istifadə etməyi tövsiyə edir. Yalnız bu yolla qiymət manipulyasiyasından qaçmaq olar.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda 27 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL
Son Xeberler

Bakıda mənzildən 220 min manatlıq oğurluq olub
Son Xeberler

Şahbuz sakini Bakıda cinayət törətdi
Son Xeberler

Bu ərazidə evlər sökülür
Bugun.az

Bakıda mənzildən 30 min manatlıq oğurluq olub
Son Xeberler

Bakıda bu evlərin qiyməti artır
Bugun.az


