
Bu gün Premyer Liqanın iki matçı baş tutacaq

Azərbaycan Premyer Liqasının XX turunda bu gün iki qarşılaşma baş tutacaq.
Metbuat.az xəbər verir ki, əvvəlcə "Səbail" klubu evdə "Kəpəz"lə üz-üzə gələcək.
"ASCO Arena"da keçiriləcək görüşü Əliyar Ağayev idarə edəcək. Gəncə klubu hazırda turnir cədvəlində 14 xalla doqquzuncu yerdədir. Paytaxt təmsilçisi isə 12 xalla sonuncu - 10-cudur.
Günün digər görüşü "Bank Respublika Arena"da baş tutacaq. "Sabah" klubu evdə "Sumqayıt"ı qəbul edəcək. Saat 18:30-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. "Sabah" komandası 27 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. "Sumqayıt" isə 20 xalla 6-cı yerdədir.
Misli Premyer Liqası
III dövrə, XX tur
25 yanvar
16:00. "Səbail" - "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
Stadion: "ASCO Arena".
18:30. "Sabah" - "Sumqayıt"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
Stadion: "Bank Respublika Arena".
Qeyd edək ki, XX turun ötən gün Şamaxıda baş tutan "Şamaxı" - "Zirə" matçında meydan sahibləri 1:2 hesabı ilə məğlub olublar. Tura sabah "Araz-Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Turan Tovuz" görüşü ilə yekun vurulacaq.
Oxşar xəbərlər

2021-ci ildə Bakıda Premyer Liqa yarışı olacaq -
İdman Xəbər

"Liverpul" aşağı liqa klubunu darmadağın etdi
İdman Xəbər

Premyer Liqada XV turun iki görüşü keçiriləcək
Bugun.az

XIII tura start veriləcək - Premyer Liqa
Bugun.az

“Neftçi” “yoxlama”dan üzüağ çıxdı
İdman Xəbər

"Neftçi"nin Baş Məşqçisi İstefa Verməyib
Son Xeberler