
Holann rekorda imza atdı

"Mançester Siti"nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında əhəmiyyətli bir rekorda imza atıb. Norveçli hücumçu ən qısa müddətdə 100 qol həddinə çatan oyunçu kimi tarixə düşdü. Erlinq Holann Premyer Liqada cəmi 111-ci oyununda 100-cü qolunu vurmağı bacardı.
O, bu inanılmaz nəticəni liqanın XIX turunda "Fulhem"lə keçirilən səfər matçında əldə etdi. Bu göstərici əvvəlki illərdə qeydə alınan rekordu geridə qoyur. Bundan əvvəlki rekord 1995-ci ildə ingilis hücumçusu Alan Şirerə məxsus idi. Şirer turnirdə ilk 100 qolunu vurmaq üçün 124 oyuna ehtiyac duymuşdu. Holann Şirerin rekordunu 13 oyun daha tez qırmağı bacardı.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda...
Azəri Xəbər

Haland yeni rekorda imza atdı
Bugun.az

İlahə Quliyeva rekorda imza atdı
Bugun.az

Yamal “El Klasiko”da Tarix Yazdı
Bugun.az

"Liverpul" son 60 ilin ən pis nəticəsinə görə reko...
Azəri Xəbər

"Bitcoin" yeni rekorda imza atdı
Bugun.az


