
“İllərdir səhv yolda olmuşam” - Müğənni

Türkiyəli müğənni Zara son zamanlar 16 kiloqram arıqlaması ilə diqqət mərkəzindədir. 49 yaşlı sənətçi bu fiziki dəyişiklikdən sonra cəsarətli fotolar yayımlayıb. O, sosial şəbəkədə izləyiciləri ilə 90 gün ərzində necə çəki atdığını bölüşüb.
Zara çəki itirmək üçün əvvəllər tətbiq etdiyi metodların ona çox əziyyət verdiyini bildirib. Müğənni üzərində heç bir tibbi müdaxilə aparılmadığını xüsusi qeyd edir. O bildirib ki, əvvəlcə piyləri ilə mübarizə apardı, fərqli idman növləri ilə məşğul oldu, rəqs etdi, saysız-hesabsız pəhrizlər sınağına çəkildi və hətta ac qaldı. Bu cür çətin mübarizə apardığı müddətdə belə insanlar ona "Zara kökəldi" deyirdilər. Bu münasibət onun psixi vəziyyətinə mənfi təsir göstərib.
Müğənni bir müddət sonra arıqlamaq üçün getdiyi yolun doğru olmadığını dərk edib. O, bu məsələ haqqında daha çox məlumat topladıqca, artıq piylərlə mübarizə aparmadığını öyrənib. Əslində, bu çəkiləri yalnız səhv metabolik seçimlər etdiyi üçün topladığını anlayıb. Zara bədəndə iki növ metabolizm olduğunu bildirib. O etiraf edib: "İllərdir səhv yolda olmuşam". Müğənni düzgün arıqlamağın metodunu yalnız 90 gün əvvəl öyrənə bilib. Qidalanma metodologiyasını tamamilə dəyişdiyi üçün 3 ayda nəticə əldə edərək 16 kiloqram çəki itirib.
Musiqi sənayesi və konsert həyatı haqqında yazıram. Muğam, pop, rok - hər bir janr öz hekayəsinə malikdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Məşhur müğənni çılpaq yemək yeyir
Xəbər Anı
Müğənni Rəqsanə ev dustaqlığına buraxılıb
Azəri Xəbər

Bakıda qəzada ölən tanınmış müğənni imiş - FOTO
Bugun.az

Selena evləndi -FOTOLAR
Bugun.az

Məşhur müğənni konsert zamanı səhnədə öldü
Xəbər Anı

Məşhur müğənni qumar borclarına görə son evini də...
Xəbər Anı


