🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

İnsan ölümləri ən çox bu fəsildə baş verir

19.04.2025 06:25 6 baxış sayı 2 dəq. oxuma
İnsan ölümləri ən çox bu fəsildə baş verir

Yaz fəslində havaların isinməsi və atmosfer təzyiqinin dəyişməsi bəzi ürək-damar problemlərinin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Xüsusilə, yüksək və aşağı qan təzyiqi, ürək çatışmazlığı və ürək ritm pozğunluqları olan insanlar bu dövrdə daha diqqətli olmalıdırlar.

Metbuat.az-ın məlumatına görə, bu barədə "Xəzər Xəbər" süjet hazırlayıb.

Həkim-terapevtlər bildirirlər ki, gün ərzində temperaturun kəskin enib-qalxması damarların daralıb-genişlənməsinə təsir edir və bu, qan təzyiqinin qeyri-sabit olmasına səbəb ola bilər. Eyni zamanda yazda polen və tozların artması tənəffüs yollarına təsir edə bilər. Bu isə qan dövranını çətinləşdirərək ürəyin yükünü artırır.

Həkim-terapevt Rasif Bağırov deyir ki, sözügedən xəstəlikdən əziyyət çəkən şəxslər yaz fəsli daxil olmamışdan qabaq profilaktik müalicəyə üz tutmalıdırlar.

O, əlavə edib ki, temperatur artdıqca bədəndə maye itkisi artır. Bu, həm yüksək, həm də aşağı təzyiq problemi olan insanlara mənfi təsir edə bilər.

Daha ətraflı videoda:


Paylaş: