Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Leyla Əliyeva və Arzu Əliyeva Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

07.12.2025 09:13 11 baxış sayı 3 dəq. oxuma Metbuat
Leyla Əliyeva və Arzu Əliyeva Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, həmçinin Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər. Səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri, dünya şöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüş keçirdilər.


Görüş zamanı Prezident İlham Əliyevin ən səmimi salamları Baş müşavir Məhəmməd Yunusa çatdırılıb. Azərbaycanın Banqladeşlə daima dostluq əlaqələrinin olduğu və ölkələrin müxtəlif formatlarda uğurla əməkdaşlıq etdiyi vurğulandı. Həmçinin Məhəmməd Yunusun Azərbaycana çoxsaylı səfərləri qeyd edildi. O, 2024-cü ilin noyabrında COP29-da iştirak edib, bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşüb və ölkədə hər zaman xoş qarşılanıb.


Məhəmməd Yunus Azərbaycana səfərləri zamanı Prezidentlə olan görüşlərini məmnuniyyətlə xatırladığını bildirib, öz növbəsində dövlət başçısına salamlarını çatdırmağı xahiş edib. O, COP29 çərçivəsində Prezident İlham Əliyevlə görüşdə qeyd edildiyi kimi, iki ölkə arasında səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu deyib. M. Yunus bu potensialı reallaşdırmaq üçün praktiki fəaliyyətlərin həyata keçirilməsinin vacibliyinə toxundu.


Görüş zamanı Məhəmməd Yunusa Leyla Əliyevanın və Arzu Əliyevanın Dəkkədə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəni ziyarət etdikləri barədə məlumat verildi. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi Banqladeşin müvafiq təşkilatları ilə birgə layihələr həyata keçirməkdə maraqlıdır. Bu əməkdaşlıq humanitar, sosial, gənclər, könüllülər, ətraf mühit və təbiətin mühafizəsi sahələrini əhatə edir. M. Yunus Azərbaycanın müxtəlif sahələrdə böyük nailiyyətlər qazandığının şəxsən şahidi olduğunu ifadə etdi. O, Banqladeşlə əməkdaşlığın inkişafı və praktiki dəstək proqramlarının icrası üzrə göstərilən səylərə görə dərin təşəkkürünü bildirib.


L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: