Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Məktəbdə Şagirdlər Bağlı Qapı Arxasında Qalıb - VİDEO

29.10.2024 11:25 211 baxış sayı 1 dəq. oxuma Metbuat
Məktəbdə Şagirdlər Bağlı Qapı Arxasında Qalıb - VİDEO

Yeni Suraxanıdakı 89 nömrəli məktəbdə baş verən hadisə hamını narahat edib. Məktəbin qapıları bağlandıqdan sonra şagirdlər axşam saatlarına qədər içəridə qalıblar. Bu hadisə ilə bağlı məktəb rəhbərliyi açıqlama yayıb.


Məktəb bildirib ki, oktyabrın 28-də ikinci növbə üzrə dərslər saat 18:50-də başa çatıb. Birinci giriş qapısı isə gözətçi tərəfindən saat 19:15-də bağlanıb.


Həmçinin, məktəb qeyd edib ki, həmin gün saat 19:00-21:00 arasında voleybol məşğələsi keçirildiyinə görə digər giriş qapısı açıq saxlanılıb.


Məktəb rəhbərliyi, şagirdlərin təhlükəsizliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: