
“Peşə təhsilində müasirləşmə istiqamətində irəliləyiş artıb” -Rəbiyyə Museyibzadə

Peşə Təhsili Sisteminin İnfrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Bu barədə Peşə təhsili sektoru üzrə aparıcı məsləhətçi Rəbiyyə Museyibzadə "Peşə təhsili: nailiyyətlər və çağırışlar" mövzusunda keçirilən konfransda məlumat verib. Bildirilib ki, infrastrukturun yenilənməsi sahəsində geniş işlər görülür. Bu dövr ərzində 39 peşə təhsili müəssisəsi əsaslı təmir olunub. Həmçinin, 32 emalatxana yeni tikilib və ya yenidən qurularaq tələbələrin istifadəsinə verilib. Bu işlər peşə təhsilinin maddi-texniki bazasını möhkəmləndirməyə və təlim keyfiyyətini yüksəltməyə xidmət edir.
Tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Ümumilikdə 851 yerlik 7 yataqxana tikilib və təmir olunub. Bu layihələr gənclərin təhsil müəssisələrində rahat yaşaması üçün şərait yaratmağa yönəlib. Bundan əlavə, Peşə Təhsil Mərkəzlərinin tikintisi strateji sənədlər əsasında həyata keçirilib. Sənaye İnkişafı və İnnovasiyalar Strateqiyası (SİİS) 2022–2026-cı illər planı çərçivəsində 3 yeni Mərkəz tikilib.
Rəbiyyə Museyibzadə açıqlamasında qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə də yenidən qurma işləri yekunlaşmaq üzrədir. Bu bölgələrdə peşə təhsili sisteminin bərpası ölkənin ümumi təhsil şəbəkəsini gücləndirir. Azad olunmuş ərazilərdə təhsil infrastrukturunun yenilənməsi həmin bölgələrin sosial-iqtisadi həyatına mühüm töhfə verir, burada peşəkar kadrların hazırlanmasına şərait yaranır.
Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Şagirdlərin əksəriyyəti peşə təhsilinə üz tutur”...
Bugun.az

Agentlik: Peşə təhsilinə qəbul olunanların sayı 20...
Azəri Xəbər

Peşə təhsilinə qəbul olan qadınların sayı artıb
Bugun.az
Agentlik: İlkin peşə təhsili müəssisələrinin tikil...
Azəri Xəbər

Ödənişli təhsil haqlarında dəyişiklik ediləcək
Bugun.az

“YAŞAT” Fonduna rəhbər təyin edilib
Son Xeberler


