Saat 17:00 - Xəbər İcmalı
İsrail-Lübnan münaqişəsində itkilər artmaqda davam edir. Lübnan Səhiyyə Nazirliyinin açıqladığı son statistikaya görə, İsrail ordusunun Lübnan ərazisinə təşkil etdiyi hava hücumları nəticəsində ölənlərin sayı 2 min 869-a çatıb. Nazirlik martın 2-dən etibarən baş verən hadisələr barədə məlumatları ictimaiyyətlə bölüşüb. Hücumlar nəticəsində minlərlə insan həyatını itirib.
İran neft hasilatını azaltmayıb. İranın neft naziri Möhsün Paknejad bildirib ki, ABŞ və İsrail ilə 40 günlük silahlı münaqişə ərzində ölkə neft hasilatını azaltmayıb və ixracını davam etdirib. Nazir vurğulayıb ki, müharibə dövründə istehsal səviyyəsi sabit qalıb və ixrac prosesi dayanmayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 12-də Qətərə səfər edəcək. Səfər zamanı Hörmüz boğazı ətrafındakı vəziyyət və Yaxın Şərq sülh prosesi müzakirə olunacaq. Fidan danışıqlar çərçivəsində Hörmüz boğazında naviqasiya təhlükəsizliyi ilə bağlı Ankaranın mövqeyini ortaya qoyacaq.
Gürcüstanın yeni patriarxı seçilib. Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın 142-ci katalikos-patriarxı seçilib. Gürcüstan Pravoslav Kilsəsinin geniş toplantısında keçirilən səsvermədə o, üç namizəd arasından qalib gəlib. Seçim prosesində kilsənin ruhanilər məclisinin 39 üzvü iştirak edib.
Macarıstanın yeni hökuməti Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışacaq. Ölkənin yeni xarici işlər naziri vəzifəsinə namizəd göstərilən Anita Orban parlamentin xarici işlər komitəsindəki dinləmələrdə bildirib ki, Rusiya Avropada mühüm tərəfdaş olaraq qalır və Budapeşt açıq, qarşılıqlı faydalı əlaqələr qurmağa hazırdır.
Makron Kenyada protokolu pozub. Fransa prezidenti Emmanuel Makron "Afrika İrəliləyiş" sammitində gözlənilməz hadisə yaşadıb. Salondakı iştirakçılar çıxışçıları dinləmək əvəzinə öz aralarında söhbət etdikləri zaman Makron sinirləndiyini açıq şəkildə göstərib və mikrofonu ələ alaraq iştirakçılara sərt sözlərlə müraciət edib.