Xəbər İcmalı - 16.05.2026

icmal

Saat 3:00 - Xəbər İcmalı

İsrail ordusu Lübnan sərhədindəki sahil bölgəsini hərbi qapalı zona elan edib. İsrail ordusunun hərbi rəhbərliyi atəşkəs müddətində Lübnan sərhədinin yaxınlığında uzanan sahil zolağını "qapalı hərbi bölgə" statusuna keçirib. Qərar cümə axşamı keçirilən vəziyyət qiymətləndirmə görüşündən sonra qəbul olunub. Bölgə ölkənin şimal sərhədində yerləşən Roş Hanikra ilə Akşif yaşayış məntəqəsi arasındakı ərazini əhatə edir.


Atəşkəsə baxmayaraq İsrail Lübnanda sağlıq mərkəzinə hücum edib, 6 nəfər həlak olub. İsrail ordusunun Lübnanın cənubundakı Haruf bəldasında bir sağlıq mərkəzinə hücumu nəticəsində 6 nəfər həyatını itirib. Aprelin 17-si qüvvəyə minən atəşkəsə rəğmən, İsrail tərəfi Lübnan ərazisinə qarşı əməliyyatlarını davam etdirir. Lübnan Səhiyyə Nazirliyi hadisə ilə bağlı açıqlama verib.


İsrail Qəzza Zolağının şimalına hava hücumları endirdi - ən azı 7 Fələstinli həlak olub, 45 nəfər yaralanıb. Fələstin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusunun Qəzza şəhərinə qarşı bomba hücumları atəşkəs müddətində davam etdirilib. İsrail Müdafiə Naziri İsrael Katz hücumun Həmasın hərbi qolu İzzəddin əl-Qassam Briqadasının komandanını hədəf aldığını bildirib. Bundan əlavə, əvvəlki hücumlarda zədələnmiş bir evin çökməsi nəticəsində daha bir Fələstinli həyatını itirib, bir neçə nəfər yaralanıb.


Somali ordusunun Baydhabo əməliyyatında Əş-Şəbab terrorçularından 50-dən çoxu zərərsizləşdirilib. Somali Müdafiə Nazirliyi səhər saatlarında Baydhabo bölgəsində geniş əməliyyat həyata keçirdiyini açıqlayıb. Əməliyyat zamanı terror qrupunun strukturu hədəf alınıb və 50-dən çox fəal zərərsizləşdirilib.


Hörmüz boğazının bağlanması Avropada dərman qıtlığı yarada bilər. Fransanın "Tribune" nəşrinin məlumatına görə, Avropa Birliyi ölkələri əczaçılıq sənayesi üçün lazım olan xammalın böyük hissəsini Asiya ölkələrindən idxal etdiyinə görə, Hörmüz boğazında mümkün blokada bir sıra dərman vasitələrinin çatışmazlığı riskini ciddi şəkildə artıra bilər.


Şotlandiya çempionluğu son tura qaldı. Hearts və Seltik Şotlandiya çempionluğu üçün həlledici oyunda qarşılaşacaq. Sentyabrdan bəri lidər mövqedə olan Hearts 37 oyundan sonra bir xal fərqlə öndə durur. Edinburq klubu bu oyunda məğlub olmasa, 1960-cı ildən sonra ilk dəfə Şotlandiya çempionu olacaq.