Xəbər İcmalı - 17.05.2026

icmal

Saat 15:00 - Xəbər İcmalı

İsrail atəşkəsə baxmayaraq Lübnan cənubuna hücum edib, 4 nəfər həlak olub. Şənbə günü İsrail qüvvələri Lübnan cənubundakı Serbine Kavşağı yaxınlığını artilleriya atəşinə tutub. Hücumlar nəticəsində ən azı 4 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Xatırladaq ki, BM Baş Katibi Antonio Quterreş bu yaxınlarda Lübnan-İsrail atəşkəsinin uzadılmasını alqışlamışdı. Ümumilikdə İsrail hücumları nəticəsində Lübnan'da ölənlərin sayı 2 min 969-a çatıb.


BAE-nin Barakah Nükleer Santrali yaxınlığında İHA hücumu nəticəsində yanğın baş verib. Abu Dabidə yerləşən Barakah Nükleer Santrali kompleksinin xarici təhlükəsizlik sahəsində insansız hava aparatı ilə hücum həyata keçirilib. Hadisə nəticəsində ərazidəki elektrik jeneratöründə yanğın meydana gəlib. Rəsmi məlumatlara görə, yaralanan şəxs barədə dəqiq məlumat hələlik açıqlanmayıb.


Azərbaycanın milli pentatletçisi İlke Özyüksel Mihrioğlu Bulgaristanda dünya kuboku qızıl medalını qazanıb. İdmançı UIPM Modern Pentatlon Dünya Kubokunda birinci yerə yüksələrək karyerasında ilk dünya kuboku qızıl medalını əldə edib. Gənclık və İdman Nazirliyi bu uğuru Azərbaycan idmanı üçün tarixi nailiyyət kimi dəyərləndirıb.


İran Meclis Başkanı Muhəmməd Baqır Qalibaf Çin üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunub. Fars xəbər agentliyinin məlumatına görə, bu mühüm diplomatik vəzifəni daha əvvəl İranın Pekin səfiri Əbdülrza Rəhmani Fazli icra edirdi. Təyinat İran-Çin münasibətlərinin inkişafı fonunda baş tutub.


Prezident İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda Prezident Süleymenovu müasir ədəbi fikrin görkəmli nümayəndəsi və tanınmış ictimai xadim kimi qeyd edib, onun şairlik və publisistik fəaliyyətini yüksək dəyərləndırib.


Bakıda davam edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında gender bərabərliyi və davamlı inkişaf məsələləri müzakirə olunub. Forumda Mavriki Respublikasının sabiq prezidenti Ameenah Gurib-Fakim qadınlar üçün inklusiv şəhər məkanlarının yaradılmasının vacibliyini vurğulayıb. Bəhreynin mənzil və şəhərsalma naziri Amna bint Əhməd Əl Rumaihi isə qadınların şəhər planlaşdırılmasında rolunun artırılması çağırışı edib. Əfqanıstan nümayəndəsi forum platformasının şəhərsalma problemlərinin həllində əvəzsiz rol oynadığını qeyd edib.