Saat 3:00 - Xəbər İcmalı
İsrail donanması Qəzzaya yardım aparan filoya müdaxiləyə hazırlaşır
İsrail donanması Qəzzadakı ablukanı yarıb insani yardım çatdırmaq məqsədilə yola çıxan Küresel Sumud Filosuna beynəlxalq sularda müdaxilə etməyə hazırlaşır. Məlumata görə, Antalya açıqlarında hava şəraitinə görə lövbər salmış filoda 54 gəmi və 426 iştirakçı var. Eyni zamanda, filonun böhran mərkəzi gəmilərin ətrafında naməlum dronlar və hərbi qüvvələrin fəaliyyətinin müşahidə edildiyini açıqlayıb.
Atəşkəsə baxmayaraq, İsrail Lübnanın cənubuna hücum edib - 8 nəfər həlak olub
İsrail ordusunun Lübnanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində 8 nəfər həyatını itirib. Hücumlar 17 apreldə qüvvəyə minən və 15 mayda 45 gün müddətinə uzadılan atəşkəs dövründə baş verib. Lübnan Səhiyyə Nazirliyi məlumatına görə, Tir şəhərinə bağlı Tayir Falsay bələdiyyəsi hücumdan zərər görən ərazilər arasındadır. Ayrıca, Hizbullah hərəkatı 16 aprel - 17 may tarixləri arasında İsrail qüvvələrinə qarşı 339 əməliyyat keçirdiyini və 48 İsrail tankını sıradan çıxardığını açıqlayıb.
Trump İrana son xəbərdarlıq verib
ABŞ Prezidenti Donald Trump İrana qarşı sərt bəyanat verərək, Tehranın daha yaxşı təkliflər təqdim etməməsi halında ağır nəticələrlə üzləşəcəyini bildirib. Trump Axios xəbər agentliyinə müsahibəsində "İran üçün vaxt azalır" mesajını təkrarlayıb. Danışıqlar prosesində gərginliyin artdığı müşahidə olunur.
Trump-Şi görüşündən razılaşmalar açıqlanıb, Çin nadir torpaq metallarına qadağaları ləğv edəcək
ABŞ Prezidenti Trump ilə Çin Dövlət Başçısı Şi Cinping arasındakı görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün bir sıra razılaşmalar imzalanıb. Ağ Evin açıqlamasına görə, Çin nadir torpaq metalları sektorundakı məhdudiyyət və qadağaların aradan qaldırılması istiqamətində addımlar atacaq. Bu, təchizat zəncirində yaranmış problemlərin həlli baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
BƏƏ Səudiyyə Ərəbistanına qarşı dron hücumlarını qınayıb, neft qiyməti kəskin artıb
Birləşmiş Ərəb Əmirlikləri İraq hava sahasından Səudiyyə Ərəbistanına qarşı üç insansız hava aparatı ilə həyata keçirilən hücumları ciddi şəkildə qınayıb. Bu gərginlik fonunda Brent markalı neftin qiyməti 5 maydan bəri ilk dəfə bareli üçün 110 dolları keçərək 111,35 dollara yüksəlib, bu da 1,91% artıma uyğun gəlir.
Azərbaycanlı zəvvarlar Məkkəyə çatıb
180 nəfər Azərbaycanlı zəvvar Həcc ziyarəti üçün Məkkə şəhərinə daxil olub. Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, zəvvarlar oteldə qısa istirahətdən sonra Kəbəyə doğru yola düşəcəklər.