Saat 7:00 - Xəbər İcmalı
İsveç ilk dəfə NATO xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək. İsveç hökuməti mayın 21-də Helsinqborq şəhərində keçiriləcək NATO xarici işlər nazirlərinin sammitinə təxminən 85 milyon İsveç kronu, yəni 9 milyon dollar büdcə ayırıb. Bu, İsveçin Alyansa üzv olduqdan sonra ev sahibliyi etdiyi ilk yüksək səviyyəli NATO toplantısı olacaq və ölkənin təhlükəsizlik sahəsindəki yeni rolunu nümayiş etdirəcək.
Almaniyanın xarici işlər naziri Johann Vadephul Türkiyənin Avropa Birliyi üzvlüyünə dəstəyini açıqlayıb. Vadephul Berlində Türkiyənin xarici işlər naziri Həkan Fidan ilə ortaq mətbuat konfransında Ankara ilə Brüssel arasında strateji əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulayıb. Almaniya Türkiyənin AB üzvlüyü istiqamətində irəliləməsinə dəstək verdiyini bildirmişdir.
ABŞ-nin Kolorado ştatında hantavirusdan bir nəfər həyatını itirib. Kolorado İctimai Səhiyyə və Ətraf Mühit Departamentinin açıqlamasına görə, vəfat etmiş şəxsin Atlantik okeanında kruiz gəmisində baş verən son epidemiya ilə heç bir əlaqəsi yoxdur. Hantavirus nadir, lakin təhlükəli bir infeksiya olaraq bilinir.
Pakistanın Baş naziri Şahbaz Şərif Qətərin xarici işlər naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Telefon danışığında tərəflər bölgədə atəşkəs və sülh vasitəçiliyi fəaliyyəti məsələlərini nəzərdən keçiriblər.
Transfer bazarından xəbərlər. "Yuventus" "Benfika"nın 22 yaşlı portuqaliyalı müdafiəçisi Antonio Silvanın transferi ehtimalını araşdırır. Silvanın "Benfika" ilə 2027-ci ildə başa çatacaq müqaviləsi var, lakin futbolçu komanda dəyişməyə maraq göstərir. Digər tərəfdən, "Fənərbağça" "Liverpul"un 32 yaşlı sol cinah müdafiəçisi Endryu Robertsonu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Şotlandiyalı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır və İstanbul klubu artıq ilkin təmaslara başlayıb.