Saat 14:00 - Xəbər İcmalı
Zelenskiy Rusiyada neft emalı zavoduna hücumu təsdiqləyib. Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiyada yerləşən Yaroslav Neft Emalı Zavoduna uzun məsafəli silahlarla hücum olunduğunu elan edib. Zelenskiy sosial media hesabından etdiyi açıqlamada, Baş Komandan Oleksandr Sırskiy ilə görüşərək cəbhədəki son vəziyyət barədə məlumat aldığını bildirb. Bundan əlavə, Ukraynada kənd təsərrüfatı dronları hərbi məqsədlər üçün yenidən təchiz edilərək cəbhə xəttində aktiv istifadə olunmağa başlayıb.
Azərbaycan WUF13-ün nəticələrini açıqlayıb. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başa çatıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bağlanış mətbuat konfransında bildirib ki, Azərbaycan öz hesabına 12 şəhər və 300-dən çox kəndi sıfırdan inşa edir. Quliyev foruma ev sahibliyi etməyi UN-Habitatın Azərbaycana göstərdiyi etimadın güclü ifadəsi kimi qiymətləndirib. UN-Habitat icraçı direktoru Anaklaudia Rossbax isə Bakıda yaranmış dinamikanın 2028-ci ildə Mexikoda keçiriləcək WUF14-ə daşınacağını vurğulayıb.
Lübnan münaqişəsi kənd təsərrüfatına 530 milyon dollar ziyan vurub. Lübnanda davam edən çatışmalar ölkənin aqrar sektoruna ağır zərbə endirb. Kənd Təsərrüfatı Naziri Nizar Hani Beyrutda keçirilən paneldə açıqlamasında bildirib ki, ümumi zərər 530 milyon ABŞ dollarını keçib, birbaşa zərərin dəyəri isə 41 milyon dollar təşkil edir.
Suriyəli qadın İsrail tərəfindən saxlanılan əri barədə bir ildir məlumat ala bilmir. Suriyənin cənubunda İsrail əsgərləri tərəfindən saxlanılan Muhəmməd əs-Səfədinin həyat yoldaşı Şədiyyə əs-Səfədi bildirib ki, təxminən bir ildir ərindən heç bir xəbər ala bilmir. Əsəd rejiminin devrilməsindən sonra ərazidə əməliyyat keçirən İsrail qüvvələri tərəfindən saxlanılan şəxslərin vəziyyəti narahatlıq doğurmağa davam edir.
Türk mühəndisləri insan atığından havacılıq yanacağı istehsal edəcək. Kocaelidə fəaliyyət göstərən Türk tədqiqat firması Altaca İngiltərə əsaslı Firefly şirkəti ilə insan atığından dayanıqlı havacılıq yanacağı istehsalı üzrə strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə Birləşmiş Krallığın Ankara Səfirliyi binasında keçirilən mərasimdə rəsmiləşdirilib.