Xəbər İcmalı - 22.05.2026

icmal

Saat 23:00 - Xəbər İcmalı

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard ailə səbəbinə görə vəzifəsindən ayrılacağını elan edib. Gabbard Prezident Donald Trump-a göndərdiyi məktubda həyat yoldaşı Abraham Williams-a nadir rast gələn sümük xərçəngi diaqnozu qoyulduğunu bildirərək, 30 iyun tarixində istefa verəcəyini açıqlayıb.


EuroLeague Dörtlü Finalının ilk yarımfinal matçında Fenerbahçe Beko Olympiakos-a 79-61 hesabı ilə uduzaraq finala yüksəlmə şansını itirib. Afinada keçirilən qarşılaşmadan sonra baş məşqçi Sarunas Yasikeviçus komandanın mövsümün ən zəif oyununu göstərdiyini etiraf edib.


Azərbaycan qadın voleybol millisi İtaliyada keçirilən AeQuilibrim Cup turnuvasında ilk oyununda Poloniyanı 3-2 (25-22, 25-20, 22-25, 22-25, 15-9) hesabı ilə məğlub edib. Matç 2026 FIVB Voleybol Millətlər Liqasına hazırlıq çərçivəsində təşkil olunub. Millilər turnirin ikinci oyununda ev sahibi İtaliya ilə üz-üzə gələcək.


İsveçin Helsinborq şəhərində NATO-ya qarşı keçirilən etiraz aksiyasında 20-ə yaxın nümayişçi saxlanılıb. "Shut Down NATO" hərəkatının fəalları Şimali Atlantika alyansının xarici işlər nazirlərinin zirvə görüşünün keçirildiyi şəhər mərkəzinə daxil olmağa cəhd göstəriblər. Hüquq-mühafizə orqanları nümayişçilərin yolunu kəsib.


Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa 15 Yaş Altı Güləş Çempionatında Türkiyə grekoromen üslubunda 2 qızıl və 3 bürünc olmaqla cəmi 5 medal qazanıb. Grekoromen yarışları başa çatıb.


Qazaxıstanın yeni yaradılan Alatau şəhərinin əhalisinin 2050-ci ilə qədər 1,87 milyon nəfərə çatması planlaşdırılır. WUF13 sessiyasında açıqlanan məlumata görə, eyni dövrdə şəhərdə bir milyon iş yerinin yaradılması nəzərdə tutulur.