Xəbər İcmalı - 25.05.2026

icmal

Saat 22:00 - Xəbər İcmalı

İsrail ordusunda intihar halları təşviş yaradır. Haaretz qəzetəsinin hərbi mənbələrə istinadən verdiyi məlumatda, İsrail silahlı qüvvələrində intihar hadisələrinin sayı son dövrdə əhəmiyyətli dərəcədə artıb. Ordu rəhbərliyi məsələ ilə bağlı geniş araşdırma aparır. Keçmiş və hazırda xidmətdə olan hərbi personalın psixoloji vəziyyəti ciddi narahatlıq doğurur.


Trump İran ilə sazişə 6 ölkənin İbrahim Razılaşmasına qoşulmasını şərt qoyub. ABŞ Prezidenti Donald Trump İranla danışıqların müsbət istiqamətdə getdiyini bildirərək, bölgə ölkələrinin eyni zamanda İbrahim Razılaşmasına daxil olmasının zəruriliyini vurğalayıb. Trump sosial media hesabından etdiyi paylaşımda "Ya hamı üçün əla bir razılaşma olacaq, ya da heç nə" mesajı verib.


Şotlandiyada siyasi qalmaqal - SNP-nin keçmiş baş icraçısı oğurluğu etiraf edib. Şotlandiya Milli Partiyasının əvvəlki baş icraçısı Peter Murrell partiyadan 400 min funtdan çox məbləğ mənimsədiyini etiraf edib. Uzun illər SNP-də idarəçi vəzifədə çalışan Murrellin bu cinayəti partiyada böyük sarsıntıya səbəb olub. Oğurlanan vəsaitlər partiyaya məxsus müxtəlif hesablardan çıxarılıb.


Yunanıstanda silah qaçaqmalçılığına qarşı əməliyyat keçirilib. Evros bölgəsində təşkil edilən "Səssiz silahlar" adlı əməliyyatda Türkiyə ilə bağlı cinayət qruplarına silah göndərdiyi güman edilən iki şəxs saxlanılıb. Əməliyyat zamanı seriya nömrəsi olmayan 25 tabanca və çoxlu sayda patron aşkar edilib.


NATO Zirvəsinə hazırlıq davam edir. Türkiyənin İçişləri Naziri Mustafa Çiftçinin rəhbərliyi ilə nazirlikdə 36-cı NATO Zirvəsinin təhlükəsizlik tədbirlərinə həsr olunmuş iclas keçirilib. Ankarada 7-8 iyul tarixində keçiriləcək zirvənin hazırlıq prosesinin tam şəkildə davam etdiyi bildirilir.


İspaniyanın paytaxtı Madriddə barda güclü partlayış baş verib. Hadisə nəticəsində 7 nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir. Partlayışdan sonra bina daxilində yanğın başlayıb. Yanğınsöndürmə briqadası alovları söndürmək üçün əraziyə cəlb edilib.