Konqo Demokratik Respublikasında Ebola yoluxma şübhələri 900-ü keçib
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Cenevrədə açıqlama verərək, Konqo Demokratik Respublikasında şübhəli Ebola hallarının sayının 900-dən çox olduğunu bildirib. Epidemioloji nəzarətin genişləndirilməsi nəticəsində izləmə işlərinin artırıldığı bölgələrdə şübhəli hadisələrin sayında ciddi artım müşahidə olunub. ÜST bölgədə vəziyyətin diqqətlə izlənildiyini və mübarizə tədbirlərinin davam etdirildiyini vurğulayıb.
10 Afrika ölkəsi Ebola epidemiyası səbəbindən yüksək risk altında
Afrika Xəstəlik Nəzarət və Profilaktika Mərkəzi Konqo Demokratik Respublikası və Uqandada qeydə alınan Ebola epidemiyası səbəbindən 10 Afrika ölkəsinin yüksək risk altında olduğunu elan edib. Mərkəzin baş direktoru Jean Kaseya bu barədə açıqlama verərək, regionda epidemioloji vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirdi. Addis-Ababada yerləşən mərkəz təhlükə altında olan ölkələrdə hazırlıq tədbirlərinin gücləndirilməsinə çağırış edib.