
32 yaşlı kişi bıçaqlanaraq öldürüldü - Saxlanılan var

Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Melumat.tv xəbər verir ki, bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb.
Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər

26 yaşlı kişi həyat yoldaşını dönərxanada BIÇAQLAD...
Son Xeberler

Bakıda aktyor və arvadı öldürüldü
Xəbər Anı

Arvadı qəzada ölən erməni beş yaşlı qızına rəhm et...
Son Xeberler

Soyunaraq etiraz edən qadın psixiatriya xəstaxanas...
Xəbər Anı

Azərbaycanlı kişi Türkiyədə 18 yaşlı qızı öldürdü
Son Xeberler

Cəlilabadda 50 yaşlı kişi intihar edib
Son Xeberler