🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
melumat.tv
melumat.tv
2 abunə

Lənkərandakı Dairəvi qala bərpa ediləcək

28.10.2024 15:26 168 baxış sayı 1 dəq. oxuma
Lənkərandakı Dairəvi qala bərpa ediləcək

Lənkəran şəhərində yerləşən Dairəvi qala bərpa ediləcək.

Melumat.tv Report-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinən bildirilib.

Məlumata görə, hazırda bərpa prosesi ilə bağlı layihə-smeta sənədləri hazırlanır.

Xatırladaq ki, Zindan qalası kimi tanınan Dairəvi qala — XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Qalanın oxşarı olan ikinci tikili Lənkəran mayakıdır. Bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqəsi rolunu oynayıblar.

Paylaş: