Nöqsanlar aşkarlanan şadlıq evi bağlandı
Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Azər Qəhrəman oğluna məxsus “Boladi” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitar-gigiyenik norma və qaydaların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, şadlıq evində mətbəxin layihələndirilməsinin texniki normativ tələblərə uyğun olmadığı, məhsulların müvafiq temperaturda saxlanması üçün şəraitin təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyim və qoruyucu vasitələrlə təmin edilmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Bakıda məşhur şadlıq sarayı bağlanır - FOTO
Bugun.az
Azərbaycanda toylarla bağlı
Son Xeberler
Bakıdakı bu məktəb iki həftəlik bağlandı -
Son Xeberler
Nazirlik məşhur şadlıq sarayı ilə bağlı
Son Xeberler
Toylara icazə verilir? - Şadlıq evlərində növbəyə...
Son Xeberler
Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir -
Son Xeberler