08.05.2020 11:01
5
abunə
160
Washingtonda insanlar koronavirusa yoluxmaq üçün yığıncaqlar təşkil edirlər

"Covid-19 yığıncaqlar" təşkil edilir

ABŞ-ın Vaşinqton ştatında koronavirusa yoluxmaq və "toxunulmaz olmaq" istəyənlərin təşkil etdiyi "Covid-19 yığıncaqlar"-a rəsmilər tərəfindən xəbərdarlıq edildi.

Bildirilir ki, bu yığıncaqlarda virus keçirməyənlərin məqsədi Covid-19 xəstələri ilə bir araya gəlmək və "virusun tutulması prosesini sürətləndirmək"-dir.

Washington Health Unit, çərşənbə günü yazdığı twitdə "Bu pis fikirdir, bu təhlükəlidir və insanları xəstəxanalıq edə və hətta insanların ölümünə səbəb ola bilər" deyə bildirib .


Xəbərdarlıq edildi

Vaşinqton ştatının sağlamlıq bölməsinin rəhbəri John Wiesman yazılı açıqlamasında aşağıdakı xəbərdarlıqları edib:

"Covid-19-da sağ qalanların uzunmüddətli müdafiəyə sahib olub-olmadığı bəlli deyil. Bu virus haqqında bilmədiyimiz daha çox şey var. Buraya infeksiya sonrası uzun müddət ərzində baş verə biləcək sağlamlıq problemləri də daxildir.

"Bu cür lazımsız davranış, qarşısı alına bilməyəcək halların sayının artmasına səbəb ola bilər və dövlətimizin tədricən yenidən açılması prosesini ləngidə bilər."

Vaşinqton ştatının cənub-şərqindəki Walla Walla şəhərindəki səhiyyə işçiləri də bu həftənin əvvəlində verdiyi açıqlamada şəhərdəki "Covid-19 yığıncaqları"-da qəfil artımın olduğunu və çərşənbə günü geriləmə olduğunu bildirdilər.


"Şəhəri yenidən aça bilməyimiz üçün yığıncaqlara son verin"

New York Times qəzetinə danışan Walla Walla'nın ictimai səhiyyə direktoru Meghan DeBolt, virusa yoluxmuşların yığıncaqlara qatıldığını eşitdiklərini, ancaq xəstə şəxslərin və digər iştirakçıların virusun qəsdən 'yaymağa çalışdıqlarına' dair bir dəlil olmadığını söylədi.

Çərşənbə axşamı etibarilə şəhərdəki müsbət Covid-19 testlərinin sayı 94 olaraq qeyd edildi. Bu siyahıya şəhərin yaxınlığındakı Tyson ət fabrikindəki yoluxmalar da daxildir.


Əvvəllər də belə immun yığıncaqlar olub

Belə 'immun yığıncaqlar' əslində yeni deyil. Əvvəllər bəzi valideynlər də uşaqlarını 'su çiçəyi yığıncaqlarına' aparırdılar. Uşaqların suçiçəyi ilə təmasda olmasının suçiçəyinə qarşı immunitetin inkişaf etdirməyin yaxşı bir yolu olacağına inanırdılar.

Bir müddət əvvəl, müsbət Covid-19 testləri və antikorları olanların daha sürətli işlərinə dönmələri üçün 'immun pasport' anlayışını tətbiq etməyi düşünürdülər. Vaşinqtonda bilərəkdən yoluxmaq istəyənlərin sayının artması ilə bağlı narahatlıqlar bu cəhdlərdən sonra daha da artıb.


Müdaxilə edə bilərlər

DeBolt, alimlərin virusdan sağ çıxanların yenidən yoluxub-yoluxmayacağına dair hələ bir qənaətə gəlmədiklərini qeyd edib.

Hər halda, DeBolt, yığıncaq iştirakçılarının digər insnaların sağlamlıqlarını təhlükəyə atdığını bildirir: "Bu, heçbir halda düzgün deyil. Bu, həqiqətən də bizi peşman edir. Biz şəhərin yenidən açılması üçün təkcə yolxuma sayına baxmırıq, ictimaiyyətin də buna əməl edib etmədiyinə baxırıq."

DeBolt, bundan sonra keçiriləcək yığıncaqlara müdaxilə edə biləcəklərini bildirib.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine