23.02.2021 10:26
6
abunə
10
FHN Yasamaldakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 Bakı şəhərinin Yasamal rayonunda hər mərtəbəsi 900 m² olan 6 mərtəbəli (zirzəmisi 2 qatdan ibarət olan) qeyri-yaşayış binasının zirzəmisində tikinti materialları (laminat, boya məhsulları və s.) 200 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Zirzəminin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine