23.02.2021 15:15
6
abunə
11
Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.

Mərhumun oğlu Orxan Rzazadə "report"a açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq.

Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine