30.06.2020 16:30
3
abunə
87
Karantin rejiminin uzadılmasına hazır olmalıyıq - SƏBƏBLƏR

Dünən Azərbaycanda 544 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə indiyədək koronavirus infeksiyasının aşkarlanması məqsədilə 475525 test keçirilib. Son sutkada 6558 belə test olub.

Koronavirusa yoluxma sayına görə Bakı, Gəncə və Qazax lider mövqelərdədir.

Ya qaydalara tam riayət etməliyik, ya cəzalari çox sərtləşdirilməlidir.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine