17.05.2020 21:06
5
abunə
388
Koronavirusdan sonra Ukraynada gecə klubları dolub daşdı

Koronavirus hallarının və ölənlərin sayının azalmasından sonra normal həyata qayıdan Ukraynadakı gecə klublarına insanlar axın etməyə başladılar. Müəyyən qaydalarla açılan klublarda heç kimin sosial məsafəyə riayət etmədiyi deyilir.


GECƏ KLUBLARI AÇILDI 

Bu ölkələrdən biri də Ukraynadır. 18 min 291 koronavirus halının qeyd olunduğu ölkədə, koronavirus məhdudiyyətləri aradan qaldırıldıqdan sonra bəzi gecə klubları da qapılarını insanların üzünə açdı.



Paytaxt Kiyevdə koronavirus məhdudiyyətləri yüngülləşdirildikdən sonra fəaliyyətə başlayan bəzi məşhur gecə klublarında epidemiya tədbirlərinin əksəriyyətinə əməl olunmur. 

Televiziya kanallarında və sosial mediada paylaşılan görüntülərdə görünür ki, Dnieper çayının sahilindəki məşhur gecə klubunda sosial məsafənin qaydalarına məhəl qoyulmur. 

Yalnız şirkətin işçiləri tibbi maskalar geyinirlər, qonaqlar isə rəqs meydançasında bir-birlərinə çox yaxın masalarda əyləniblər.



Qeyd edək ki, Ukraynada 11 mayda koronavirus məhdudiyyətləri yüngülləşdirilməyə başlayıb. Bu tarixdən etibarən kafe və restoranlardan yalnız açıq havada və masalar arasında ən az 1,5 metr məsafədə xidmət göstərmək tələb olunur. Bir masada ən çox 4 nəfərin oturmasına icazə verilir. Fəaliyyətinə icazə verilən müəssisələr arasında gecə klubları yoxdur.



Etiketlər:

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine