01.08.2020 14:48
3
abunə
5
Meksika Prezidenti yalnız bu şərt daxilində maska taxacaq

Meksika Prezidenti Andres Manuel Lopes Obrador yalnız ölkəsində korrupsiyaya son qoyulacağı təqdirdə, tibbi maska taxacağını bildirib.

Bu barədə “The Guardian” yazır.

“Bilirsiniz nə zaman maska taxacağam? Korrupsiya olmayandan sonra. Bax o zaman maska taxacağam və daha danışmayacağam. Gəlin saziş bağlayaq. Maska taxmağım və daha danışmamağım üçün, gəlin cəld tərpənək və korrupsiyaya son qoyaq”, - deyə Obrador jurnalistlərə bildirib.

Nəşr Braziliya və ABŞ liderləri kimi Obradorun da  koronavirus pandemiyası zamanı maska taxmağa skeptik yanaşdığını bildirir. Qeyd edilir ki, bəzi meksikalılar Prezidentin bəyanatını heç vaxt maska taxmayacağına işarə kimi qəbul ediblər. 

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine