01.08.2020 17:48
0
abunə
7
“Qarabağ”ın futbolçusu “Zirə”yə keçdi

Bakının “Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

Paytaxt təmsilçisi Hacıağa Hacılı ilə anlaşıb.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi “Qarabağ”da çıxış etdiyi vaxt çiyin-çiyinə oynadığı 22 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyib. Bu səbəbdən də futbolçu Ağdam təmsilçisindən icarəyə götürülüb. Onunla birillik müqavilə imzalanıb.

Qeyd edək ki, H.Hacılı Azərbaycan Premyer Liqasında 14 matç keçirib.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine