16.09.2020 23:11
5
abunə
144
Bu şəxslərin maaşı 890 manat oldu - QƏRAR

"Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Bunula bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda "Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə” sözləri "İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə və "təyin” sözü "müəyyən” sözü ilə əvəz edilib.

Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manat məbləğində müəyyən edilib.

Ödəniş dövlət büdcəsinin "Bədən tərbiyəsi və idmanın təşkili” bölməsinin vəsaitləri hesabına həyata keçiriləcək.

Etiketlər:

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine