17.10.2020 21:22
5
abunə
9
Avropa İttifaqı Ermənistanın Gəncəyə hücumunu pisləyib

Avropa İttifaqı oktyabrın 17-də gecə Azərbaycanın Gəncə şəhərinə həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib.

Avropa İttifaqının bununla bağlı açıqlamasında hər hansı tərəfin mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoymalı olduğu bildirilir.

Qeyd olunur ki, oktyabrın 10-da əldə edilmiş atəşkəs razılaşmasına hörmət edilməlidir.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine