13.01.2021 18:37
6
abunə
9
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya bu gün atəşkəs rejimini pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviş Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə erməni KİV-nin yaydığı məlumatları qətiyyətlə təkzib edib.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

"Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib", - deyə V.Dərgahlı vurğulayıb.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine