14.01.2021 17:23
6
abunə
30
Azərbaycanın ən kriminal rayonları

Azərbaycanda hansı bölgələrdə insanlar özlərini daha rahat və təhlükəsiz hiss edirlər?

İl ərzində Azərbaycanda 26672 cinayət hadisəsi baş verib.
Statistikaya görə, Bakı Azərbaycanın ən kriminal bölgəsi hesab edilir.

Belə ki, Bakıda il ərzində 11704 cinayət hadisəsi qeydə alınıb. İkinci yerdə isə Abşeron rayonudur. Həmin bölgədə hüquq-mühafizə orqanları 1650 hadisə qeydə alıblar.

Statistikaya görə, kriminal hadisələrin çox olduğu üçüncü bölgə Xızı rayonu dayanır. Orada 1181 cinayət hadisəsi qeydə alınıb.

Dördüncü yerdə isə Astara və Biləsuvar rayonlarıdır. Həmin bölgələrdə 674 və 616 kriminal hadisə qeydə alınıb.

Kriminal hadisələrin ən çox baş verdiyi 5-ci yer isə Lənkəran rayonudur. Burada 531 cinayət hadisəsi baş verib.

Statistikaya görə, Azərbaycanda ən təhlükəsiz bölgə Naxçıvan Muxtar Respublikasıdır. Qeyd edək ki, 2020-ci ilin statistikası hazır olmadığı üçün rəqəmlər 2019-cu ilə aiddir.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine