10:45
5
abunə
12
Azərbaycanda sahibkar intihar etdi - FOTO

Göyçay rayon sakini özünü öldürüb.

Göyçay şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib.

O, zəhərlənmə diaqnozu ilə təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


F.Abdullayevin vəziyyəti sonradan ağırlaşdığı üçün ailə üzvləri onu müalicə məqsədilə Bakı şəhərinə - Respublika Toksikologiya Mərkəzinə aparıblar.


Həkimlərin bütün səylərinə baxmayaraq, F.Abdullayev ölüb. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.


Qeyd edək ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fəqan Abdullayev "Göyçay-Çörək” ASC-yə rəhbərlik edirdi.


Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Daxil olun


Və ya:

Hesabınız yoxdursa, Qeydiyyat
x
This website is using cookies. More info. That's Fine