🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
7 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Fly.az
Fly.az
4 abunə

Azərbaycan gənclərinə müraciət qəbul olundu SON DƏQİQƏ

15.07.2020 14:38 625 baxış sayı 7 dəq. oxuma
Azərbaycan gənclərinə müraciət qəbul olundu

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun təşəbbüsü ilə ölkənin aparıcı gənclər təşkilatlarının iştirakı ilə baş tutan onlayn konfransda Ermənistanın Azərbaycana qarşı təxribatı, cəbhədə gedən döyüşlərlə bağlı müzakirələr aparılmış və Azərbaycan gənclərinə aşağıdakı müraciət qəbul edilmişdir:

"Əziz gənclər!

Vətənin sizə ehtiyacı var!

Bu məsuliyyətli məqamda düşmənə Azərbaycan gəncinin gücünü, vətənpərvərliyini, dövlətçiliyini və həmrəyliyini nümayiş etdir!

"Hər şey vətən üçün!” şüarı altında bir yumruq kimi birləşib, bütün dünyaya göstərin ki, heç bir qüvvə sabitliyimizi və ərazi bütövlüyümüzü təhdid edə bilməz! Qeyri-sağlam xülyalarla yaşayanların arzusunu puç olmağa məhkumdur!

Son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatının qarşısı qəhrəman ordumuz tərəfindən qətiyyətlə alınır, mənfur düşmənin qüvvələrinə qarşı cəza tədbirləri görülür, canlı qüvvəsi və texnikası məhv edilir.

Qəhrəman əsgər və zabitlər, həmçinin bölgədə yaşayan mülki əhali arasında da şəhidlərimiz var. Əlbəttə ki, onların qanı yerdə qalmır, şəhid olmuş hər bir vətəndaşımızın əvəzinə onlarla düşmən əsgəri məhv edilməlidir və edilir.

Biz bilirik ki, ordumuzun rəşadəti və vətəndaşlarımızın mətanətli dirənişi düşmən tərəfdə təşviş yaradır. Həm də əminik ki, son günlərdə bütün şəhər və rayonlarımızda ordumuza dəstək məqsədilə keçirilən yürüşlərdə on minlərlə, yüz minlərlə insanın, əsasən də siz - gənclərin yaratdığı coşqu, xalqımızın ordu və Ali Baş Komandanla birliyi, cəmiyyətimizdə hökm sürən yüksək vətənpərvərlik ruhu düşmən üçün ən böyük göz dağı oldu!

Lakin, erməni xislətini, onun mənfur və hiyləgər obrazını unutmayaq! Düşmən təxribatının məqsədi yalnız sərhəddə vəziyyətin gərginləşməsi deyil. Onun ən böyük arzusu ölkəmizdə iğtişaşlar, vətəndaş qarşıdurması yaratmaqla dövlətin diqqətini cəbhədən yayındırmaq, silahlı qüvvələrin yüksək döyüş əhval-ruhiyyəsini sarsıtmaq, ölkə rəhbərliyinə, ordu komandanlığına və əsgərimizə qarşı inamsızlıq yaratmaqdır.

Buna əsla imkan vermək olmaz! Heç bir dezinformasiya, saxta çağırış, təxribat bizim dəmir iradəmizi və etimadımızı sarsıtmamalıdır, əsl məqsəd və amalımızdan yayındırmamalıdır!

Dövlətimiz düşmənin sərhəd bölgələrində və cəbhə xəttində törətdiyi təxribatın qarşısını almağa qadir olduğu kimi, onun niyyətlərini ölkə daxilində həyata keçirmək istəyən qüvvələrin də hərəkətlərinin qarşısını qətiyyətlə almağa qadirdir və bunu edəcəkdir. Bizim üzərimizə düşən əsas iş isə öz Dövlətimizin, Dövlət Başçımızın yanında olduğumuzu nümayiş etdirməkdir.

Ölkə daxilində gərginliyin yaradılması, yeni cəbhənin açılması, ixtişaş ocağının alovlandırılması isə ancaq düşmənlərimizin məqsədlərinə xidmət edə bilər.

Bu gün beynəlxalq ictimaiyyət, dost və düşmən, hər kəs Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında nə qədər sıx birləşdiyini görməlidirlər. Ordumuzun gözü arxa cəbhədə qalmamalıdır! Onlar öz ailələrini, övladlarını, valideynlərini, yaxınlarını bizə əmanət edib, vətənimizin keşiyində gecə-gündüz düşmənə sinə gəlməkdədirlər!

Biz, ölkənin bütün gənclər təşkilatları adından bir daha gəncləri həmrəyliyə, təmkinli olmağa və təxribatlara uymamağa, əksinə onları ifşa etməyə, öz bilik, güc və enerjilərindən istifadə edərək sosial şəbəkələrdə düşmənlə mübarizəyə qoşulmağa çağırırıq!

Hər birimizin ürəyi düşmənlə təmas xəttində əsgərlər və zabitlərimizlə, şəhid olan qardaşlarımızın valideynləri, övladları ilə döyünür və inanırıq ki, Ali Baş Komandanın dəmir iradəsi, şərəfli Azərbaycan ordusunun gücü ilə düşmənə sarsıdıcı zərbələr davam edəcək!

#Hər şey vətən üçün!

#Allah qəhrəman əsgərimizi qorusun, onun gücünə güc qatsın!

#Ali Baş Komandanın əmrinə hazırıq!

#10 milyon insan – 10 milyon əsgər!

#Biz birlikdə güclüyük!”

Paylaş: