🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycan Rusiyanın qarşısına şərt qoyub

10.02.2021 13:47 1,960 baxış sayı 5 dəq. oxuma
Azərbaycan Rusiyanın qarşısına şərt qoyub

"Bu 44 günlük müharibədən sonra Rusiya təkcə ilk dəfə deyil ki, Minsk Qrupunun Dağlıq Qarabağ məsələsinin nizmalanma prosesinə qoşulmasına cəhd edir".

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

O bildirib ki, Minsk Qrupu da digər ölkələr kimi Dağlıq Qarabağ məsələsinə yeni gözlə, yeni reallıqla baxmalıdır:

"Müharibədən sonra danışıqların aparılmasında, üçtərəfli bəyanatın imzalanmasında Minsk Qrupu heç bir fəaliyyət göstərmədi, müharibə bitəndən, sənədlər imzalanandan sonra bu prosesə qoşulmağa cəhd etdilər. Azərbaycan 30 ilə yaxın fəaliyyəti dövründə də heç zaman Minsk Qrupunun fəaliyyətindən haqlı olaraq razı olmamışdı. Çünki qurum üzərinə düşən missiyanı yerinə yetirməmişdi, məlum oldu ki, başda Fransa olmaqla Minsk Qrupunun hər üç üzvü ermənipərəst mövqe tutmuşdu. Qurumla bağlı bütün bəyanatlar, gedişlər Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən diqqətlə izlənilir. Təbii ki, Minsk Qrupu yenidən Dağlıq Qarabağın "stastusu" ilə bağlı məsələ qaldıracaqlarsa və Azərbaycanın, Türkiyənin əleyhinə mövqe tutacaqlarsa, bu qurumun fəaliyyəti birmənalı şəkildə qəbul edilməyəcək. 

Minsk Qrupu başa düşməlidir ki, 27 il ərzində apardığı siyasəti tamamilə dəyişdirməlidir. Çünki Prezident İlham Əliyevin dediyi kimi "Artıq status-kvo yoxdur". Onlar status-kvo məsələsini yenidən gündəmə gətirməyə çalışırdılarsa, Dağlıq Qarabağı Ermənistanla əlaqələndirməyə çalışırdılarsa, bu gün o status-kvo yoxdur. Minsk Qrupu da digər ölkələr kimi Dağlıq Qarabağ məsələsinə yeni gözlə, yeni reallıqla baxmalıdır. 

Rusiyanın Minsk Qrupunu bölgədəki proseslərə qoşmaq cəhdlərinin səbəbi odur ki, bu gün ona dəstək verəcək güclərə ehtiyacı olduğunu düşünür. Səbəbi də Azərbaycan və Türkiyənin Rusiyanın qarşısına çox ciddi məsələlər, şərtlər qoymalarıdır. Rusiya bu gün Azərbaycan və Türkiyə ilə razılaşmağa məcburdur. Rusiya Minsk Qrupunun digər dövlətlərini (ABŞ, Fransa) məsələyə qatmaqla özünə kömək axtarmağa çalışdığını göstərir. Digər tərəfdən isə Rusiya sülhməramlılarının Qarabağda mandatı yoxdur, əgər bu gün onlar özlərini səlahiyyətlərinə uyğun aparmasalar, yenə də ermənipərəst mövqe tutsalar, Azərbaycanın haqlı narazılığı ilə üz-üzə qalacaq və 5 illik müddət bitməmiş rəsmi Bakı tələblər irəli sürə bilər ki, ya öz üzərinə düşən vəzifəni doğru-dürüst icra et, ya da Qarabağı tərk et".

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində "ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətləri davam etdirilməlidir. Həmsədrlər Qarabağ nizamlanması üçün əsas prinsiplərin inkişafına mühüm töhfə veriblər. Üçlük güclü beynəlxalq dəstəyə malikdir və status məsələləri də daxil olmaqla sonrakı addımlara qarşılıqlı məqbul yanaşmaların hazırlanmasında faydalı ola bilər. Artıq ATƏT-in Minsk Qrupu həmsədrləri azərbaycanlılar və ermənilər arasında etimad tədbirlərinin gücləndirilməsində fəal ola bilər" deyib.

Paylaş: