🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanlıların sevinci dünya mətbuatında - VİDEO

11.11.2020 08:05 366 baxış sayı 3 dəq. oxuma
Azərbaycanlıların sevinci dünya mətbuatında -

"Euronews" telekanalı Azərbaycan xalqının qələbəni qeyd etməsi ilə bağlı reportaj hazırlayıb.

Reportajda bildirilib ki, noyabrın 10-na keçən gecə Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsə dair üçtərəfli razılığın əldə edildiyi bilinən kimi minlərlə insan Bakı küçələrinə axışıb.

Azərbaycanın Dağlıq Qarabağdakı uğurunu dəstəkləyən nümayişlər "Euronews" müxbirinin ziyarət etdiyi ikinci ən böyük şəhər olan Gəncədə də təşkil edilib.

"Oğlum indi Şuşadadır. Mən onunla və İlham Əliyevlə fəxr edirəm! Dağlıq Qarabağ bizimdir, Azərbaycanındır. Qarabağ Azərbaycandır!",-deyə vətəndaşlardan biri kanalın müxbirinə bildirib.

"Bu gün sevindirici bir gündür! Əsgərlərimizlə, Prezidentimizlə qürur duyuruq, Qarabağ həmişə bizimdir və olacaq!",-deyə bir qız öz sevincini bölüşüb.

Reportajda deyilir ki, hətta 11 yaşlı Şahmar da vətənpərvərlik hissi ilə dolub-daşırdı: "Mən altıncı sinifdə oxuyuram. Bu gün öyrəndim ki, Qarabağı almışıq və bu bayraq həmişə orada qalacaq! Ermənilər sülh imzalamalı idilər. Böyüyəndə mən də döyüşəcəyəm!"

"Euronews" müxbiri həmçinin Mingəçevir şəhərində də olub və kanalın qeyd etdiyi kimi orada da insanların sevincinin həddi-hüdudu olmayıb. 

Qeyd edək ki, noyabrın 10-u Türkiyə və Rusiya Prezidentləri arasında Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə telefon danışığı baş tutub. "Türkiyə, Rusiya ilə birlikdə atəşkəs üzərində müşahidə və nəzarət fəaliyyətlərini azad edilmiş ərazidə yaradılacaq ortaq bir mərkəz vasitəsilə həyata keçirəcək",-deyə Prezident Ərdoğanın ofisindən bildirilib.

 

 
Paylaş: