🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bir şəklin tarixçəsi - Bu fotoları Xocalıda çəkən müəllif DANIŞDI / FOTO

26.02.2021 07:18 336 baxış sayı 4 dəq. oxuma
Bir şəklin tarixçəsi -

Artıq uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, QHT-lər, rəsmi qurumlar, rəsmi şəxslər bu şəkli tirajlayırlar... Amma çoxları bu şəkli kimin çəkdiyindən xəbərsizdir...

Təqdim etdiyimiz bu şəklin nə vaxt, harda çəkiliyi haqda bir vaxtlar Bakıda gündəlik nəşr olunan “Avrasiya” qəzetinin sahibi və baş redaktoru, hazırda isə Türkiyənin “Doğan” Xəbər Agentliyinin (DHA) savaş müxbiri İrfan Sapmaz məlumat verir.

“Tarix 26 fevral 1992-ci il. Məkan Azərbaycanın Xocalı şəhərinin yaxınlığı... Bu şəkli mən - İrfan Sapmaz - “Hürriyet” qəzetinin o vaxtkı savaş müxbiri olarak Xocalı qətliamından min bir əzab-əziyyətlə sağ çıxmış insanları lentə alarkən çəkmişdim.

Və şəkil ilk dəfə Türkiyənin “Hürriyet” qəzetində yayınlanmışdı. Hazırda başda Azərbaycan mediası olmaqla bu foto bütün dünyada illərdir yayınlanmağa davam edir. Yeni nəsil gəncliyin xatırlaması və tarixdə qalması lazımdır. Bu xəbər sonrası Türkiyə Qəzetçilər Cəmiyyəti və Yazarlar Birliyi tərəfındən “İlin jurnalisti” ödülünə layiq görülmüşdüm”.

İrfan Sapmaz Modern.az-a bildirib ki, Şuşadan qayıdanda Ağdama gəlib. Ağdamda Xalq Cəbhəsinin binasında olarkən bir az gözləyib və Bakıya getmək üçün yola düşəndə təsadüfən “Xocalıda qırğın var” deyildini eşidib:

“Ağdamda Xalq Cəbhəsinin özünümüdafiə batalyonunun rəhbəri vardı - Allahverdi Bağırov, Allah ona rəhmət eləsin. Onunla birlikdəƏsgəran təpəsinə getdik. Oranı çəkdim, əlimdə həm video, həm də fotogörüntülər var idi. Həmin gün İstanbula qayıtdım. O zamanlar Bakıdan İstanbula təyyarə reysi vardı. Allah Cümşüd Nuriyevə kömək olsun. Təyyarədə yer yox idi, Cümşüd Nuriyev təyyarədən bir nəfəri düşürüb, məni mindirdi. Həmin şəkilləri və videogörüntüləri həm də TRT vasitəsilə dünyaya yayımladıq. Həmin dövrdə ancaq TRT var idi. “Hürriyət” qəzetində də birinci səhifəni Xocalı faciəsinə ayırdıq. Daha sonra bütün dünya Xocalı soyqırımından xəbərdar oldu”.

Paylaş: