“İkinci dalğanın qarşısı alına bilər” - ÜST
"Tibbi qurumlar COVID-19-un ikinci dalğasının qarşısını almaq üçün hazırda bütün lazımi vasitələrə malikdirlər”
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin strateji təşəbbüslər üzrə köməkçisi Ranieri Querra söyləyib.
"İkinci dalğa? Onun gələcəyi fakt deyil və hər halda bunun qarşısını ala bilərik. Bu gün bunun üçün bütün vasitələrimiz mövcuddur”-deyə, o bildirib.
İtaliyada koronavirusla bağlı son vəziyyət barədə danışan Querra bildirib ki, ölkədə virusa yoluxan insanların sayı yenidən artıb:
"Bu da xüsusilə diaqnostikanın yaxşılaşdırılması və genişlənməsi ilə əlaqəlidir. Başqa sözlə, infeksiyanın artması nəzərdə tutulurdu. Ancaq ciddi xəstələrin sayının artmasının qarşısını almaq olar, çünki bunu etməyi öyrəndik, təəssüf ki, ağrılı bir təcrübədən sonra”.
Mütəxəssis, həmçinin asimptomatik hallarla bağlı xəbərdarlıq edib:
"Əminik ki, çox yüngül simptomlar da orta və uzunmüddətli dövrdə sağlamlığa zərər verə bilər. Soyuqdəymə, adi simptomlar diqqətsiz qalmamalıdır. Ciddi nəticələrin ola biləcəyi aydındır. Doğrudan da, az sayda gənc reanimasiya şöbələrində olur. Ancaq, virus növbəti etapda daha ağır fəsadlar verə bilər”.
Etiketlər
Oxşar xəbərlər
Azərbaycanda bu tarixdə həm koronavirus, həm də ka...
Son Xeberler
COVID-19-un ikinci dalğasının yayılacağı 10 ölkə
Son Xeberler
Azərbaycanda koronavirusun ikinci dalğası BU AYDA...
Son Xeberler
Prezident İlham Əliyev mühüm QANUN İMZALADI -
Son Xeberler
Koronavirusun 2-ci dalğasının yayılacağı 10 ölkəni...
Son Xeberler
Deputatlar bu gün 13 məsələni müzakirə edəcək -
Son Xeberler